09.02.2021

"Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn görüş keçirilib.

Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli, F-560 nömrəli əmrilə təsdiq edilmiş Tədbirlər Planının tələblərinə uyğun olaraq Şəki şəhər 8 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Abdullayevanın təşkilatçılığı ilə  "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn görüş keçirilib. Görüşdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edənlər məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat veriblər. Həmçinin məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilib.

Sonra mövzu ilə əlaqədar videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,