09.02.2021

Şəki rayon ümumtəhsil məktəblərindən Respublika fənn olimpiadalarının rayon mərhələsində iştirak etmək üçün 915 şagird qeydiyyatdan keçib.

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə olimpiadanın rayon mərhələsi fənlər üzrə müxtəlif vaxtlarda təşkil olunacaq. Belə ki, fevralın 10-da riyaziyyat və kimya, fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə olimpiada keçiriləcək.

Olimpiada Şəki şəhər 11 nömrəli tam orta məktəbində keçiriləcək. Şəki rayon ümumtəhsil məktəblərindən Respublika fənn olimpiadalarının rayon mərhələsində iştirak etmək üçün 915 şagird qeydiyyatdan keçib.

Olimpiadada IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdləri iştirak edəcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.            

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,