06.02.2021

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib.

Videokonfransda şöbənin əməkdaşları və  ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. 

Onlayn görüşdə  əsas məsələ yuxarı siniflərdə ənənəvi tədrisin qismən bərpa edilməsi və 2020-2021 ci tədris ili üzrə Respublika Fənn Olimipiadalarının rayon mərhələsinin təşkili və keçirilməsilə bağlı olub.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,  ,