08.02.2021

Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı onlayn tədbir keçirilib.

Fevralın 7-də Şəki rayon Oxud kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Alxasova Vc sinif şagirdləri ilə  Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı onlayn tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları tanıtmaqdır.

Onlayn tədbirdə Mübariz İbrahimovun şərəfli ömür yolundan danışıblar. Qeyd edilib ki, o, əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


Açar sözlər: ,