Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli F-559 nömrəli əmrinin 5.3.1 bəndinə əsasən əsasən Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, peşə hazırlıgına və özünəməşgulluq proqramına cəlb olunması, sosial təminatı və sosial müdafiəsi ilə baglı məsələlərin həlli ilə baglı onlayn konfrans keçirilib.
Konfransda məktəbin direktoru, "Peşə təmayüllü siniflər" pilot layihəsinin əməkdaşları, digər rayonların qrup rəhbərləri və məktəbin müəllim kollektivi iştirak ediblər.
Konfransda çıxış edən Nuranə Nəbiyeva peşə təmayüllü siniflər layihəsi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verilib.
Sonda şagirdlərin əl işlərindən ibarət videoçarxları nümayiş etdirilib.
Qeyd edək ki, məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.