Şəki rayon ümumtəhsil məktəblərinin ibtidai sinifləri, məktəbəhazırlıq qrupları və icma əsaslı qruplar əyani təhsilə başlayıb.
Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.
Qeyd edək ki, rayon üzrə 10094 ibtidai, 2079 məktəbəhazırlıq və 177 icma əsaslı qrup şagirdi ikinci yarımil üzrə təhsilə başlayır.