Şəki rayonunun ümumi təhsil məktəblərində fevralın 1-dən şagirdlərin dərslərə əyani formada başlaması üçün sanitariya və gigiyena işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Məktəblərə giriş və çıxış zamanı sosial məsafənin təmin olunması üçün girişdəki meydançalar xətlərlə işarələnib. Məktəblərin girişi və çıxışı spirt tərkibli gigiyenik vasitələrlə təmin olunub.
Dərs zamanı məktəblərdə sinif otaqlarının təmizlənməsi və dezinfeksiya edilməsi təmin ediləcək.