Şəki Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə rayon ümumtəhsil məktəblərinin psixoloqları ilə onlayn formada görüş keçirilib.
Onlayn formada keçirilən görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, məktəb psixoloqları, təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, şagirdlərlə onlayn görüşlərin təşkili, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək olub.
Tədbiri aparan Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev müasir dövrümüzdə məsələnin aktuallığı, bu həssas məsələnin sağlamlığa və iş keyfiyyətinə, sağlam pedaqoji - psixoloji mühitin formalaşmasına əsaslı təsiri, bu sahədə qarşıya çıxan problemlərin yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında ətraflı məlumat verib. Son illərdə Təhsil Nazirliyinin bu mövzuya aid əmr və göstərişləri, rayonda onların icrası barədə danışaraq "Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər" haqqında Təhsil Nazirliyinin 13.06.2019-cu il tarixli F-260 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn vəzifələrə uyğun həyata keçirilən məsələləri yada salıb. Bu istiqamətdə məktəblərdən nümunələr gətirərək, xüsusilə risk qrupuna aid olan şagirdlərin müəyyən edilməsi, onlarla aparılan iş, məktəb-ailə münasibərlərinin düzgün tənzimlənməsi formalarından danışıb. Bu məsələlərin əyani başlayacaq dərslər zamanı daha vacib tərəflərini diqqətə çatdırıb.
Daha sonra tədbir iştirakçıları məsələlərə təklif və münasibətini bildiriblər.