19.12.2020

”Mənə nəyə görə hörmət etmək olar?” mövzusuna onlayn tədbir keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Abdullayeva ”Mənə nəyə görə hörmət etmək olar?” mövzusunda onlayn tədbir keçirib.

Onlayn tədbirdə risk qrupuna daxil olan təhsilalanlar da olmaqla məktəbin IV-V sinif şagirdləri iştirak ediblər.

Tədbirdə məktəbin psixoloqu şagirdlərə ictimai həyatda, eləcə də, məktəb həyatında düzgün davranış və daxili nizam-intizam qaydalarına riayət olunması, müasir texnologiyaları n  insanın intellektual  inkişafına  göstərdiyi müsbət cəhətlərlə yanaşı, onun sağlamlığına və psixologiyasına zərəli təsiri, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafı və s. mövzular haqqında şagirdlərə geniş məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,