17.09.2020

Psixoloji müayinə

Şəki şəhər 8 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Abdullayeva 1 sinif şagirdləri ilə  psixoloji müayinə edib.

Görüşün məqsəd şagirdlərin intellektual bilik səviyyəsini müəyyən etmək, onlara yoldaşları ilə ünsiyyətə girmə bacarığını aşılamaq, siniflərdə psixoloji iqlimi yaxşılaşdırmaq, şagirdlərin sərbəst işləmək bacarığını müşahidə etmək, sinifdaxili stress və emosianal gərginlik yaradan amilləri aradan qaldırmaq, onların fərdi qabiliyyətlərini üzə çıxartmaqdan ibarətdir.

Müayinə zamanı şagirdlərin idrak prossesləri: diqqət və qavrayışı, məntiqi təfəkkürü, nitqi və ətraf aləm haqqında bilikləri, onların tədris prossesində müstəqillik dərəcəsi, ətrafdakılarla ünsiyyəti,  müəllimin tapşırığını dinləmə bacarığı və məntiqi əməliyyatları yerinə yetirilmə səviyyəsi yoxlanılıb.

Daha sonra şagirdlərin psixoloji səviyyələri yoxlamaq üçün testlər təqdim olunub.


Açar sözlər: ,  ,