28.01.2021

“Qarabağa gedən yol”

Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Qarabağa gedən yol” adlı onlayn şeir müsabiqəsi keçirib. Müsabiqə Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub. Müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin vətənpərvərlik, milli-mənəvi, vətənə bağlılıq hisslərinin gücləndirilməsidir. Müsabiqədə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də iştirak edib. Müəssisənin dərnək üzvləri  Səfərli Məryəm, Mustafayeva Ayla və  Məmmədova Günəş fəal iştiraka görə diplomla təltif olunublar


Açar sözlər: ,