17.01.2021

“Unutmadıq, unutmayacağıq” adlı onlayn şeir müsabiqəsinin qalibi

        20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Unutmadıq, unutmayacağıq” adlı onlayn şeir müsabiqəsi keçirib. Həmin müsabiqədə Bakı şəhərində və respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri də iştirak edib. Müsabiqədə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də iştirak ediblər.“Bədii qiraət” dərnəyinin üzvi İsmayıllı Nəzrin 10-13- yaş qrupu üzrə I dərəcəli diploma layiq görülüb.


Açar sözlər: ,  ,