19.01.2021

Ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib

Yanvarın 19-da Şəki Şəhər Təhsil Şöbəsin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin aşılanması məqsədlərinə xidmət edir.

Fənn müəllimləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə danışılıb.

Həmçinin təhsil müəssisələrində 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub.


Açar sözlər: ,