Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən distant dərslərin izlənilməsi davam etdirilir.
Mövcud epidemioloji vəziyyətlə əlaqədar həyata keçirilən distant dərslərdə mövzular, Microsoft teams platforması vasitəsilə dərslərdə iştirak edən şagirdlərin davamiyyəti, müəllimlərin interaktiv alətlərdən istifadə etmə bacarıqları və digər məsələlər əsas istiqamət olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, distant dərslər dinlənildikdən sonra bu barədə RTŞ-də müzakirələr aparılır.