Şöbə müdirinin təşəbbüsü ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçən Şəki rayonunun şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Şəki Şəhər Təhsil Şöbəsinin inzibati binasının giriş hissəsində “Şəhid lövhəsi” yaradılıb. Vətən müharibəsində həlak olan Şəki şəhidlərinin fotolarının əks olunduğu lövhədə şəhidlərin adı, soyadı, doğum və həlak olduğu tarix qeyd olunub. Həmçinin də şöbə rəhbərliyinin təşəbbüsü ilə hazırda Şəki şəhidləri haqqında kitabın hazırlanması istiqamətində də iş aparılır. Kitabda şəhidlərin tərcümeyi-halı, onlar haqqında yaxınlarının, müəllimlərinin xatirələri toplanacaq. Materiallar kitab halında çap olunmaq üçün müvafiq quruma göndərilib.
Qeyd edək ki, Şəki rayonu Vətən müharibəsində 65 şəhid verib.
Xalqımız Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə hər zaman fəxr edir.