17.11.2020

Şəki Şəhər Təhsil Şöbəsi onlayn müşavirə keçirib

Noyabrın 17-da Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşvirə keçirib.

Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri  iştirak ediblər.  

Müşavirəni Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova açaraq başda Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuzun II Qarabağ müharibəsində qazandığı tarixi qələbə münasibətilə məktəb rəhbərlərini və şöbənin əməkdaşlarını təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib.

Sonra gündəlikdə duran rayonun ümumtəhsil məktəblərində virtual dərslərin  aparılması, ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi, sinif jurnallarının yazılması  qaydaları  haqqında məsələlər müzakirə edilib.

Müşavirənin sonunda məktəb rəhbərlərinin fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,