19.11.2020

Noyabrın 19-da Şəki Şəhər Təhsil Şöbəsində növbəti videokonfrans keçirilib.

Noyabrın 19-da Şəki Şəhər Təhsil Şöbəsində növbəti videokonfrans keçirilib.

İclasda Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorlar və müavinləri iştirak ediblər.

Onlayn iclası Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev açaraq başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Ordumuzun Qarabağın azadlığı uğrunda apardığı Böyük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə təhsil işçilərini təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib. Həmçinin E.Abdullayev Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı barədə iştirakçılara ətraflı məlumat verib.

Sonda görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndirilib


Açar sözlər: ,  ,