Dekabrın 2-də Şəki rayon I Biləcik kənd tam orta məktəbində “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə ilk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbuhi Bilalov müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb. O, tarixi və əzəli torpaqlarımızın işğaldan azad olunmasının Azərbaycanın hərbi və siyasi qələbəsi olduğunu diqqətə çatdırıb.
Tədbir haqq savaşımıza həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.