11.12.2020

Onlayn konfrans keçirilib.

Dekabrın 11-də Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər Gənclər və İdman idarəsi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirlərinin yekunu ilə bağlı hesabat və qarşıda duran məsələlərə dair" onlayn konfrans keçirilib. Konfransda yuxarıda adları qeyd edilən idarələrin əməkdaşları, məktəb direktorları və müəllimləri, gənclər iştirak ediblər

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov tədbirin əhəmiyyəti və məqsədi barədə məlumat verib.

Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov çıxış edərək Azərbaycanda erkən nikah problemlərinin səbəbləri və həlli yolları ilə bağlı iştirakçılara məlumat verib, statistik məlumatları diqqətə çatdırılıb. Həmçinin A.Məmmədov Azərbaycanda nikah yaşının 18 olmasına baxmayaraq gənclərin, xüsusilə qızların erkən evliliyə cəlb edilməsində valideynlərin böyük rolu olduğunu, sonradan isə əksəriyyətinin acı nəticələrlə qarşılaşdığını bildirmiş, son illərdə aparılan profilaktik və maarifləndirmə tədbirləri nəticəsində cari ildə erkən nikahla bağlı hər hansı bir cinayət xarakterli hadisənin baş vermədiyini, nikah yaşının azaldılması ilə Şəki Şəhər İcra Hakimiyyətinə heç bir müraciətin daxil olmadığını qeyd etmişdir.

Şəki Şəhər Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev çıxış edərək mövzu ilə bağlı il ərzində məktəblərdə müvafiq tədbirlərin keçirildiyi barədə məlumat vermişdir. E.Abdullayev belə həssas məsələdə məktəb müəllimlərinin gənclərə kömək olmasının vacibliyini qeyd etmiş, erkən evliliyə təhrik olunanların tam yetkin olmaması səbəbli sağlamlıq problemlərinin olduğunu, bəzi hallarda ana və körpə ölümünə səbəb olduğunu, erkən yaşda qızların həm də psixoloji cəhətdən ana olmağa hazır olmamasının əksər hallarda nikahın pozulmasına, məişət problemlərinə səbəb olduğunu bildirib.

Daha sonra 12 nömrəli tam orta məktəbin direktoru Nəzakət Qəhramanzadə və 17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova çıxış edərək görülən işlərlə bağlı məlumat veriblər.

Sonda gəncləri maraqlandıran suallarla bağlı müzakirələr aparılıb


Açar sözlər: ,  ,  ,