Dekabrın 15-də Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Erkən nikahlar və onların fəsadları” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, Şəki şəhər Mərkəzi Xəstəxananın həkimi Vüsalə İmamova, məktəb direktorları və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Çıxış edənlər erkən nikah məsələsini cəmiyyəti narahat edən problem kimi dəyərləndirib. Qeyd olunub ki, Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu söyləyiblər.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.