Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F- 512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq Şəki rayon Qayabaşı kənd tam orta məktəbində "Zəfər yolumuz Qarabağadır!" adlı onlayn tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.
İlk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edənlər Xalqımızın Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı şagirdlərin nəzərinə çatdırılıb. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanıb.
Tədbirin sonunda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.