Dekabrın 21-də Şəki şəhər 7 nömrəli tam orta məktəbdə "Erkən nigaha son deyək!" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, digər məktəblərin direktorları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Onlayn tədbirdə çıxış edənlər erkən nikahın yaratdığı fəsadlardan danışıblar. Qeyd olunub ki, erkən nikahlar cinsindən asılı olmayaraq bütün uşaqların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaratdığını bildiriblər.
Tədbirin sonunda erkən nikah yaşı və onun fəsadları barədə videoçarx nümayiş edilib.
Qeyd edək ki, onlayn tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəvanə Qəhrəmanova və Şəhid Aqşin Abdullayevin adı verilmiş IXa sinifi tərəfindən təşkil olunub.