17.09.2020

“Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində maarifləndirmə və təbliğat xarakterli tədbir

Sentyabrın 17-də “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev şəhər 12 nömrəli tam orta məktəbdə  maarifləndirmə və təbliğat xarakterli tədbir keçirilib.

Tədbir koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət etməklə açıq hava şəraitində və sosial məsafə gözlənilməklə təşkil edilib.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə “Piyadanın vəzifələri” yazılmış vərəqələr paylanıb.

Qeyd edək ki, respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı sentyabrın 5-dən, oktyabr ayının 5-dək keçiriləcək.


Açar sözlər: ,