Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ilk dərs günü keçirilib.
Yeni dərs ilinin başlanması ilə əlaqədar qaydalara uyğun olaraq ibtidai sinif şagirdlərinin əvvəlcə temperaturu ölçülüb, bunun ardınca məktəblərin həyətində nəzərdə tutulmuş yerlərdə dayanıblar. Daha sonra müəllimlərin iştirakı ilə onlar ara məsafəsinin gözlənilməsi şərti ilə sinif otaqlarına daxil olublar.
Rayon ümumtəhsil məktəblərində 28478 şagird təhsil alacaq. Bununla belə I sinifndə 2318, Məktəbəhazırlıq qruplarında 2226, IX sinfində 2127, XI sinfində isə 1771 nəfər şagird təhsil alacaq.
Təhsil nazirinin əmrinə əsasən ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.