09.09.2020

Onlayn iclas keçirilib.

Sentyabrın 9-da Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin direktorları ilə onlayn iclas keçirilib.

İclasda təhsil şöbəsinin rəhbərliyi, rayon ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər.

İclas zamanı məktəblərin yeni tədris ilinə hazırlığı, məktəbəqədər hazırlıq qruplarına və I siniflərə qəbul, şagird yerdəyişməsi işlərinin icra vəziyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri, dərsliklərin vəziyyəti və digər mövzular müzakirə olunub.

İclasda həmçinin, ümumi təhsil müəssisələrinin pandemiya şəraitinə uyğun fəaliyyətinin təşkili qaydaları haqqında danışılıb.

Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsinin vacibliyi vurğulanıb.

Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,