09.09.2020

Qumux kənd tam orta məktəbin yeni binasının inşası davam edir

Təhsil Nazirliyinin sifarişi ilə Şəki rayonunun  Qumux kənd tam orta məktəbi üçün 132 yerlik binanın tikintisi yüksək sürətlə davam edir.

Binanın dam örtüyü vurulur, elektrik xətləri çəkilib, otaqların suvanması işi aparılıb, döşəmələr hamarlanır.

Yeni məktəb binasında 11  sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, laboratoriyalar, yeməkxana, kompüter otağı, idman və  akt zalı fəaliyyət göstərəcək.

Qeyd edək ki, son illər rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.


Açar sözlər: ,