07.09.2020

Bilik günündə Şəkidə modul tipli 3 məktəb binası istifadəyə veriləcək

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şəki rayon Vərəzət köçkünlər qəsəbəsində və Təpəcənnət kənd ümumi orta məktəbində 56 şagird yerlik, Qaradağlı kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli bina 20 şagird yerlikdir. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binalarda son tamamlama işləri görülür. Məktəblər əsasən sinif otaqları, müəllimlər otağı, sanitar qovşağı və digər təyinatlı otaqlardan ibarətdir.

Son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.


Açar sözlər: ,