Avqustun 19-da Şəki Şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq mövzusunda müşavirə keçirilib.
Virtual platforma üzərində keçirilən müşavirədə rayon ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Təhsil şöbəsinin müdiri Südabər İsmayılova müşavirə iştirakçılarına 2019-2020-ci tədris ilində təhsil sahəsində əldə edilmiş nailiyyətlər haqqına məlumat verib, xüsusi karantin rejimi zaman görülən tədbirlərdən söz açıb.
Sonda məktəb rəhbərlərinin növbəti tədris ili ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.