28.08.2020

79 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 79 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

Belə ki,  onlardan 54 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 25 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən (yetmiş beş) yuxarı bal toplayan məzunlara verilir.

 


Açar sözlər: ,  ,