29.08.2020

Bu il Şəkidə XI sinifləri 1639 nəfər şagird bitirib

2019-2020-ci tədris ilində Şəki rayonu üzrə ümumi təhsil məktəblərinin IX sinfini 2002, XI sinfi isə 1693 nəfər şagird bitirib.

Eyni zamanda bu il rayonda 2462 uşaq 1-ci sinfi bitirib. Növbəti tədris ilində isə 2159 uşağın 1-ci sinfə qəbul olacağı gözlənilir.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,