İyulun 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Şəki rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları keçirilib.
İmtahan 10 mərkəzdə karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilib. İmtahanda 2200 nəfər iştirak edib.
İmtahan bütün mərkəzlərdə 11:00-da başlanıb, 14:00-da başa çatıb.
Qeyd edək ki, imtahanların idarə olunmasına 26 imtahan rəhbəri və 228 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 176 otaq ayrılıb.