Dövlət İmtahan Mərkəzi tərəfindən Şəki rayon ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri və ötən illərin məzunları üçün buraxılış, rus bölməsinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirilir.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
İmtahan 8 mərkəzdə keçirilir. Tam orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında 1912 nəfər cari ilin, 28 nəfər ötən ilərin məzunları, tədris başqa dillərdə aparılan bölmələrin şagirdləri üçün keçirilən Azərbaycan dili imtahanında isə 54 nəfər iştirak edir.
İmtahanlar bütün mərkəzlərdə saat 11:00-da başlayıb, 14:00-da yekunlaşır.