İyunun 12-də Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "15 iyun-Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür" mövzusunda onlayn "dəyirmi masa" keçirilib.
Onlayn "dəyirmi masa" da Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova və əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
"Dəyirmi masa"da çıxış edənlər 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alınmasından bəhs ediblər. Ötən müddətdə Azərbaycanda əldə olunan əsaslı inkişafdan, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıblar.
"Dəyirmi masa"da şagirdlər ümummilli lider Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Tədbirin gedişində iştirakçılar İctimai TV-də və Təhsil Nazirliyinin “Facebook” səhifəsində yayımlanan virtual "son zəng" ə tamaşa ediblər.