01.06.2020

“Uşaqlar dünyanın sevincidir”adlı onlayn tədbir keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir”adlı onlayn tədbir keçirilib.

Şəki rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən onlayn tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova və şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması, ümumilikdə onlar arasında daha yüksək əhval-ruhiyyə yaratmaqdan ibarətdir.

Tədbirdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıb

Onlayn tədbirdə şagirdlər Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

 


Açar sözlər: ,  ,