04.05.2020

Müəllimlər şagirdlərin evlərinə gediblər

Şəki rayonu Qoxmuq kənd tam orta məktəbinin müəllimləri xüsusi karantin rejimi bitən kimi şagirdlərin evlərinə gediblər.

Görüşün əsas məqsədi internetə çıxışı olmayan uşaqlarla yaxından maraqlanmaq, həmisə olduğu kimi şagirdlərin yanında olduqlarını ifadə etmək, onların dərslərə daha həvəslə yanaşmasına təkan verməkdən ibarətdir.

Müəllimlər virtual dərslərdə iştirak edə bilməyən şagirdlərə əlavə tədris vəsaitləri verib və şagirdlərin anlamağa çətinlik çəkdikləri mövzuları onlara izah ediblər. Həmçinin Təhsil Nazirliyinin təşkilatçılığı ilə telekanallar vasitəsilə yayımlanan “Dərs vaxtı” verilişini müntəzəm olaraq izləməyi tapşırıblar.

Müəllimlərin şagirdlərə qarşı belə həssas münasibətini şagird və valideynlər məmnunluqla qarşılayıb, valideynlər övladlarının dərslərinə daha ciddi nəzarət edəcəklərini bildiriblər.


Açar sözlər: ,