Şəki şəhər 21 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Könül Zeynalova evdə tibbi maska hazırlayır, ehtiyacı olan insanlara yardım edir, ümummili məsələmizə yanaşmada fəal vətəndaş mövqeyi göstərir.
Könül Zeynalova gündə təxminən 25-30 maska tikir. Bu işi reallaşdırmağa başladığı gündən indiyə kimi təxminən 150-dən artıq maska tikərək şəhər sakinlərinə, xüsusi ehtiyacı olan insanlara hədiyyə edib.
Könül Zeynalova bildirir ki, ona material baxımından dəstək olarsa, gündəlik tikdiyi maska sayını artıra bilər.