25.02.2020

Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbul  üçün şifahi nitq bacarıqları yoxlanılır

Şəki rayon ümumtəhsil məktəblərinin rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbul  üçün müsahibə komissiyası fəaliyyət göstərir.

Komissiyanın tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyanın fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır. Həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) aparılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəydən narazı qalan valideynlər Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. 


Açar sözlər: ,  ,  ,