Fevralın 25- də Şəki şəhər 11 nömrəli tam orta məktəbində Xocalı soyqrımının 28-ci ildönümünə həsr olunmuş "Qarabağ Azərbaycanındır, nida!’ adlı tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və əməkdaşları, Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov, Şəki şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Zaur Cəfərov və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, şagirdlərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.
Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımız uğrunda Şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığı, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirdə şagirdlərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.