21.02.2020

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib

Şəki rayon ümumtəhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətləri xüsusilə vurğulanıb.

Keçirilən tədbirlərdə məktəblilər ana dili haqqında  şeir, mahnı və səhnəciklərlə çıxışlar edərək doğma dillərinə olan sevgilərini ifadə ediblər.


Açar sözlər: ,  ,  ,