Şəki şəhər 10 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş təşkil edilib.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, Şəki Şəhər Təhsil Şöbəsinin fiziki tərbiyə fənni üzrə metodisti Abdurəhman Məmmədov , Qarabağ müharibəsi veteranı Şahmar Bayramov, Qarabağ müharibəsi əlili Rəfail Abdullayev, Şəhid atası Oruc Salamov, məktəbin direktoru Billur Abdulsəlimova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Dövlət himnin səslənməsi ilə açıq elan edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri vətənpərvərlik ruhunda böyütmək, tarix boyu xalqımızın başına gələn müsibətlər haqqında məlumatlandırmaq və gələcək nəsilə vətənə sevgi hissini aşılamaqdan ibarətdir.
Görüşdə çıxış edən məktəbin direktoru Billur Abdulsəlimova qonaqlara öz minnətdarlığını bildirib, gənc nəslin tərbiyəsində onların əsl nümunə olduqlarını vurğulayıb.
Daha sonra çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın şərəfli döyüş yolundan geniş bəhs ediblər.
Tədbirin sonunda şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla çıxış ediblər.