05.02.2020

Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir.

Şəki şəhər 18 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.

Qeyd olunan mövzularla bağlı, çıxılar edilib ətraflı məlumatlar verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda, məktəbin direktoru Məmməd Mahmudov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarına təhsil müəssisələrində bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə   görə minnətdarlıqlarını bildirib.

 


Açar sözlər: ,  ,