25.01.2020

"Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib

Yanvarın 25-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə “Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib.

Seçim mərhələsi Şəki, Ağsu, Balakən, İsmayıllı, Qəbələ, Qax, Oğuz, Şamaxı və Zaqatala rayonlarını əhatə edir. Seçim mərhələsində Şəki rayon ümumi təhsil məktəblərindən 30 şagird iştirak edib.

Seçim turunda hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) X sinif şagirdi mübarizəyə qoşulub.

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər oktyabr ayında “Əlaçı” televiziya layihəsinin 10-cu mövsümünün çəkilişlərində iştirak edəcək.

 


Açar sözlər: ,  ,