24.01.2020

Rayon ümumi təhsil məktəblərində birinci yarımil üzrə yekun qiymətləndirmə aparılıb  

Şəki rayon ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilib.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. Böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarım illik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

Qeyd edək ki, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

 


Açar sözlər: ,  ,  ,