22.01.2020

Maarifləndirmə tədbiri keçirilib.

Şəki şəhər 1 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.

Tədbirdə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru Tahirə Cabbarova, məktəbin müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, çıxılar edilib ətraflı məlumatlar verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda, məktəbin direktoru Tahirə Cabbarova, bu cür maarifləndirici tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

 


Açar sözlər: ,  ,  ,