16.01.2020

“Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında maarifləndirmə tədbir keçirilib.

Yanvarın 16-da Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında maarifləndirmə tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Görüşün məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasından ibarətdir.

Məktəbin direktoru Ədalət Sədiyeva Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən söz açıb.

ŞDYPİ əməkdaşı Tural Niftalıyev çıxış edərək bildirib ki, yol təhlükəsizliyi gündəmdə olan vacib məsələlərdən biridir. Məktəbə yaxın ərazilərdə yol təhlükəsizliyinin təmin olunması məsəllərində müəllim və valideynlərin rolu əvəzsizdir. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif  əyani vasitələr nümayiş olunub.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Daha sonra məktəbin şagirdləri yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.  


Açar sözlər: ,  ,