13.01.2020

"Məsələ həlli" mövzusunda "Açıq  dərs"i keçirilib

Şəhər 7 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Gülnaz Şirinzadənin  "Məsələ həlli" mövzusunda "Açıq  dərs"i keçirilib. Id sinifində keçirilən " Açıq dərs"də Təhsil Şöbəsinin metodisti Ülviyyə İslamova , məktəbin direktoru və müəllim kollektivi iştirak ediblər.

Dərs qruplarla  və fərdi iş formasında, müzakirə, təqdimat iş uslubunda  təşkil edilib.

Motivasiya mərhələsində "Biz məsələ həll etməyi niyə öyrənirik?" sualı ətrafında şagirdlərin fikirləri dinlənilib.

Tədqiqatın aparılması və  müzakirəsi mərhələsində şagirdlər IV qrupa bölünüb, tədqiqat sualı ətrafında  fikirləri dinlənilib. Gülnaz müəllim tərəfindən əlavələr edilib.

“Açıq dərs”in sonunda şagirdlərin bilik səviyyəsi və fəallıqları Gülnaz müəllim tərəfindən qiymətləndirilib.

Sonda G.Şirinzadənin  keçdiyi "Açıq dərs" müzakirə  olunub. Təhsil Şöbəsinin metodisti Ülviyyə İslamova  çıxış edərək dərsin yaxşı təşkil olunduğunu bildirib.


Açar sözlər: ,  ,