10.12.2019

H. Əliyevin anım günü ilə əlaqədar açıq dərs keçirilib

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər 10 nömrəli tam orta məktəbin tarix müəllimi İntizar  Əliyeva IX sinif şagirdləri ilə "Ümummilli lider H. Əliyevin həyat və fəaliyyəti " mövzusunda açıq dərs keçirilib

Dərsə başlamazdan əvvəl şagirdlər müəllimləri ilə birlikdə H. Əliyevin mərkəzində yerləşən abidəsi önününə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Dərsdə şagirdlərə H. Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, şagirdlərlə diskusiya şəraitində Azərbaycanın H. Əliyevlə bağlı tarixi dövrü təhlil olunub.

Sonda məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə məlumatlandırılıblar.


Açar sözlər: ,  ,