Dekabrın 9-da Şəki şəhər 11 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Məktəbin tarix müəllimi Zaur Müslimov təşkilatçılığı ilə keçirilən dəyirmi masa Əməkdar müəllimi Ruhangiz Abdullayeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Fizuli Adışirinov, Tərbiyə işləri üzrə direktor müavini İsmayıl Balacayev, məktəbin tarix müəllimi Nəhayət Cabbarova və məktəbin XIb sinifinin şagirdləri iştirak ediblər.
Dəyirmi masada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər. Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.
Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar izlənilib.