06.12.2019

İsmayıl Şıxlının 100 illik yubileyi ilə  əlaqədar  tədbir keçirilib

Dekabrın 6-da Şəki rayon Şorsu kənd  tam orta məktəbində xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.

Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Həmçinin şagirdlərin ifasında ədibin əsərlərindən epizodlar səhnələşdirilib.


Açar sözlər: ,  ,  ,