05.12.2019

"Duzların təsnifatı, adlandırılması və alınması” mövzusunda açıq dərs keçirilib

Dekabrın 5-də Şəki rayon Suçma kənd tam orta məktəbdə Kimya müəllimi Almaz Cəlilova tərəfindən açıq dərs keçirilib.

Dərsdə Məktəbin direktoru Elşən Abdulhəmidov, təlim-tərbiyə işləri üzrə direktor müavini Əfsanə Hüseynova, Böyük Dəhnə kənd 1 nömrəli tam orta məktəbin direktoru Elman Kərimli və məktəbin fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.

“Duzların təsnifatı, adlandırılması və alınması” mövzusunda keçirilən açıq dərsdə sinif şagirdləri 4 qrupa (Oksid, Əsas, Turşu, Duz) üzrə bölünərək iştirak ediblər.  Mövzu ilə bağlı video çarx nümayiş etdirilib. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb..

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilmiş və ən fəal şagirdlər Fəxri Fərman ilə mukafatlandırılıb. Həmçinin keçirilmiş açıq dərs haqqında müşahidəçilər fikirlərini bildiriblər.

Qeyd edə ki, Almaz Cəlilova  2017-ci ildə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 54 bal toplayıb.


Açar sözlər: ,  ,  ,